Bakının bəzi ərazilərində söküntü işləri aparılacaq - Sakinlərə bu qədər pul veriləcək
1 Noyabr 2024
10:23 - 25 Fevral 2022
Xocalı soyqırımının 30-cu ildönümü Yasamal rayon ictimaiyyəti tərəfindən qeyd edilib. Bununla əlaqədar Yasamal rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə anım mərasimi keçirilib.
Manset.az xəbər verir ki, mərasimdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri Elnur Allahverdiyev, Ülvi Quliyev, Səbinə Xasayeva, Anar İsgəndərov,Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayon ziyalıları və şəhid ailələri iştirak ediblər. Mərasimdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər ermənilərin uzun illər boyu törətdikləri kütləvi qırğınlardan danışdılar.Bildirildi ki, Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində əbədi həkk olunub.Qeyd olundi ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu erməni işğalçılarına tarixi bir dərs verdi və şəhidlərimizin qanı yerdə qalmadı.
Anım mərasimi zamanı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov əslən Xocalıdan olan şəxslərlə söhbət etdi, onların problem və qayğıları ilə maraqlanıb.
Tədbirin sonunda “Xocalı qan yaddaşımızdır” mövzüsunda bədii kompozisiya nümayiş etdirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin