Bakının bəzi ərazilərində söküntü işləri aparılacaq - Sakinlərə bu qədər pul veriləcək
1 Noyabr 2024
22:00 - 24 Fevral 2022
Sosial şəbəkələrdə Azərbaycanla Rusiya arasında quru sərhədlərin açılması ilə bağlı görüntülər yayılıb.
Manşet.az xəbər verir ki, videogörüntülərdə "Samur” sərhəd keçid məntəqəsindən vətəndaşların rahat şəkildə keçərək Azərbaycana və qarşı tərəfə hərəkət etdiyi görünür.
Məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-in sorğusuna cavab olaraq bildirib ki, quru sərhədlərin açılması ilə bağlı məlumat yoxdur.
"Bu barədə heç nə bilmirəm. Məndə bu barədə məlumat yoxdur”, - deyə İ.Məmmədov bildirib.
Xatırladaq ki, Azərbaycan və Rusiya Federasiyası arasında quru sərhədlər 31 mart 2020-ci il tarixindən etibarən bağlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin