Azərbaycanda bir sıra dərman preparatı istehsal olunacaq

18:32 - 24 Fevral 2022

Azərbaycanda bir sıra dərman preparatı istehsal olunacaq

Pirallahı Sənaye Parkında onkoloji, HİV/QİÇS-in, qan və sinir sistemi, ürək-damar sistemi və s. xəstəliklərinin müalicəsinə yönələn dərman preparatlarının istehsalı planlaşdırılır.

İqtisadiyyat Nazirliyindən Manşet.az-a  verilən məlumata görə, istehsal Parkın rezidenti olan əczaçılıq müəssisəsi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, investisiya dəyəri 16 mln. ABŞ dolları olan müəssisə tərəfindən illik istehsal gücü 250 mln. ədəd həb və kapsul təşkil edir. Hazırda müəssisədə 40 nəfərdən çox işçi çalışır.

Müəssisə tərəfindən şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton® MR (qliklazid) preparatının istehsalına başlanılıb. Artıq müəssisə tərəfindən 200 min qutu dərman preparatı istehsal edilib. Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu Diabeton® MR preparatının istehsalı planlaşdırılır.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin