Delimitasiya Komissiyalarının Əsasnaməsi bu gündən qüvvəyə minir
1 Noyabr 2024
20:44 - 23 Fevral 2022
Zərdab rayonu ərazisində yerləşən ərzaq və mobil telefon satışı ilə məşğul olan mağazalardan müxtəlif vaxtlarda oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumatlar daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manşet.az-a verilən məlumata görə, vətəndaşların müraciətləri əsasında Zərdab RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq əməllərini törətməkdə şübhəli bilinən Zərdab rayon sakini Əli Əkbərov saxlanılıb. Ə.Əkbərovun mağazalardam 3 ədəd mobil telefon və 500 manata yaxın pul oğurladığı müəyyən edilib. Cinayəti əməllərini törədərkən istifadə etdiyi əşyalar isə maddi sübut kimi götürülüb.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb və Ə.Əkbərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin