Delimitasiya Komissiyalarının Əsasnaməsi bu gündən qüvvəyə minir
1 Noyabr 2024
19:18 - 23 Fevral 2022
Müdafiə Nazirliyinin sabiq idarə rəisi həbs edilib.
Manşet.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.
Qeyd olunub ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M.Şirvanov Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlundan əvvəl sözügedən vəzifədə çalışıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin