Azərbaycanın Türkiyədəki səfiri Xocalı abidəsini ziyarət etdi

16:48 - 23 Fevral 2022

Azərbaycanın Türkiyədəki səfiri Xocalı abidəsini ziyarət etdi

Azərbaycanın Türkiyəki səfiri Rəşad Məmmədov Dənizlidə Azərbaycan-Qarabağ parkını və Xocalı soyqırımı abidəsini ziyarət edib.

 

Manset.az DHA-ya istinadən xəbər verir ki, onu Dənizli valisinin nümayəndələri, tələbələr müşayət ediblər.

Rəşad Məmmədov Dənizli əhalinin Azərbaycana sevgisindən məmnunluğunu ifadə edib:

“Türk millətinin can qardaşı olan Azərbaycan xalqı Xocalı və Qarabağla bağlı məsələlərə çox həssas yanaşır. Türkiyə və Dənizlidəki bu münasibət bir millət olan iki dövlətin xalqı arasında sevgi və hörmətin artdığına səbəb olur. Bu abidələri nifrəti artırmaq üçün qoymuruq. Hər millətin içində həm yaxşı, həm də pis insanlar var. Bunu bilməliyik: insanlığa qarşı cinayət olan Xocalı soyqırımı kimi faciələr daha təkrarlanmasın”.

Diplomati bu faciəni törədənlərin hələ də yaşadığını diqqətə çatdırıb:

“Gənc nəslə tarixi daim öyrətməliyik. Ədalət tələb etməliyik. Həmin cinayətləri törədənlər sağdırlar. Onların bəziləri hələ də hakimiyyətdədir. Onların törətdikləri faciənin cəzasını almalarını tələb etməliyik”.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin