Tahir Mirkişili Xankəndidə yaşayan erməniləri Azərbaycan vətəndaşlığını qəbul etməyə ÇAĞIRDI

16:25 - 23 Fevral 2022

Tahir Mirkişili Xankəndidə yaşayan erməniləri Azərbaycan vətəndaşlığını qəbul etməyə ÇAĞIRDI

Azərbaycan Milli Məclisinin AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili İrəvanda Ermənistan parlamentinin spikeri vəzifəsini icra edən Hakob Arşakyanın Qarabağda yaşayan ermənilərin taleyi haqda narahatlığına münasibət bildirib.

 

Manset.az Report-a istinadən xəbərinə görə, Tahir Mirkişili onun yəqin ki, Xankəndini nəzərdə tutduğunu deyərək ordakı iqtisadi, sosial vəziyyətin Azərbaycan tərəfində narahatlıq doğurduğunu vurğulayıb və ən doğru yolun ermənilərin tezliklə Azərbaycan vətəndaşlığını qəbul etməsi və sosial, iqtisadi resurslardan yararlanması olduğunu qeyd edib.

Azərbaycan və Ermənistanın gündəliyində sülhün, inkişafın olmasının vacibliyini qeyd edən deputat bu məsələlərdə parlamentlərin hökumətə və xalqa daim dəstək göstərməli olmasının vacibliyini xüsusi vurğulayıb.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin