“Rayon qeydiyyatında olanlar Bakıya buraxılmayacaq?” - Rəsmi cavab
2 Noyabr 2024
09:57 - 23 Fevral 2022
Xaricdə yaşayan narkotacirə kuryerlik edən Astara sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindəsaxlanılan Astara sakinindən 28 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, əlavə olaraq narkotik tərkibli həblər aşkarlanaraq götürülüb.
Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Teymur Əliyev sərnişin qismində olduğu taksi fəaliyyəti göstərən avtomobildə saxlanılıb. Həmin avtomobilin yük yerindən T.Əliyevə məxsus 11 kiloqram 530 qram heroin, 2 kiloqram 460 qram tiryək, 10 kiloqram 545 qram qurudulmuş marixuana, 4 kiloqram 220 qram metamfetamin və 4560 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, T.Əliyev narkotik vasitə və psixotrop maddəni xaricdə yaşayan narkotacir vasitəsilə əldə edib və onun dediyi yerlərə çatdırılmasını təmin etməli imiş.
Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin