Bakıda qadına əxlaqsız təklif edən sürücü həbs edildi

18:39 - 22 Fevral 2022

Bakıda qadına əxlaqsız təklif edən sürücü həbs edildi

Bakıda sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs olunub.

Bu barədə Manşet.az-a DİN-in Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

"Xanım müştərilərə qarşı hörmətsizlik edən taksi sürücüsü, 1989-cü il təvəllüdlü Röyal Həsənov barəsində toplanmış materiallar baxılması Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmə xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən R.Həsənov barəsində qərar çıxarıb.
 
O, 1 ay müddətinə inzibati həbs olunub və 1 illik sürücülük hüququndan məhrum edilib", - deyə E.Hacıyev əlavə edib.

Qeyd edək ki, 20 Yanvar metrostansiyasının yaxınlığında taksi sürücüsü xanım sərnişinə əxlaqsız təkliflər edib. Daha sonra isə sürücü xanıma qarşı nalayiq hərəkətlər edib.


Xəbər xətti

2 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin