“Rayon qeydiyyatında olanlar Bakıya buraxılmayacaq?” - Rəsmi cavab
2 Noyabr 2024
18:39 - 22 Fevral 2022
Bakıda sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs olunub.
Bu barədə Manşet.az-a DİN-in Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
"Xanım müştərilərə qarşı hörmətsizlik edən taksi sürücüsü, 1989-cü il təvəllüdlü Röyal Həsənov barəsində toplanmış materiallar baxılması Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmə xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən R.Həsənov barəsində qərar çıxarıb.
O, 1 ay müddətinə inzibati həbs olunub və 1 illik sürücülük hüququndan məhrum edilib", - deyə E.Hacıyev əlavə edib.
Qeyd edək ki, 20 Yanvar metrostansiyasının yaxınlığında taksi sürücüsü xanım sərnişinə əxlaqsız təkliflər edib. Daha sonra isə sürücü xanıma qarşı nalayiq hərəkətlər edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin