Bakıda sərnişin avtobusu qəzaya uğradı - 3 nəfər xəsarət aldı

08:57 - 7 İyul 2021

Bakıda sərnişin avtobusu qəzaya uğradı - 3 nəfər xəsarət aldı

Bakının Sabunçu rayonunda avtobus yük avtomobili ilə toqquşub.

Manset.az apa-ya istinadən  xəbər verir ki, yol qəzası Pirşağı qəsəbəsi ərazisində baş verib.173 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “Ford” markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində yük avtomobilində olan 1994-cü il təvəllüdlü Məmmədov Vüqar Asəf oğlu, 1986-cı il təvəllüdlü Qasımov Rahil Alıca oğlu və 1999-cu il təvəllüdlü Quliyev Şahin Rasim oğlu ağır bədən xəsarətləri alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin