SON DƏQİQƏ: Ölkədə məktəblər bağlanır? - Nazirdən açıqlama
27 Noyabr 2024
16:19 - 19 Fevral 2022
Türkiyənin “Rizəspor” komandasının baş məşqçisi Hamza Hamzaoğlu istefa verib.
Manşet.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssis ötən gecə Super Liqanın 26-cı turu çərçivəsində baş tutan “Başakşəhər”lə ev oyunundakı 0:2 hesablı məğlubiyyətdən sonra postundan ayrılmaq qərarına gəlib. Klub rəhbərliyi onun istefasını qəbul edib.
Hamza Hamzaoğlu 2021-ci ilin sentyabrından “Rizəspor”a rəhbərlik edirdi. Rizə təmsilçisi bu mövsüm Super Liqada 26 oyuna topladığı 23 xalla 18-ci pillədə qərarlaşıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin