Fatih Terim Bakıda
15 Noyabr 2024
13:04 - 19 Fevral 2022
Xalq artisti Həmidə Ömərova uzun illər sonra yenidən aparıcılıq edəcək.
Manset.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya sənətkarın özü məlumat verib. Onun sözlərinə görə, aparıcısı olduğu “Kanal S-inema” verilişi həftədə bir dəfə efirə gedəcək:
“Uzun illərdir seriallara çəkilməyim səbəbindən aparıcılıq etmirdim. Telekanaldan təklif aldım, böyük məmnuniyyətlə qəbul etdim. Mənə doğma olan telekanalın gənclərdən ibarət kollektivi var, mən isə gənclərlə çalışmağı sevirəm”.
Qeyd edək ki, H. Ömərova indiyədək “Retro”, “Kinoştrix”, “Seans” və s. verilişlərin aparıcısı olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin