"Almaniya hazır olsun, Rusiya müharibəyə başlayır" - AÇIQLAMA
25 Noyabr 2024
18:13 - 6 İyul 2021
Fransa 15 erməni məhbusun Azərbaycan tərəfindən sərbəst buraxılmasını və eləcə də Füzuli və Zəngilan rayonlarında minalı ərazilərin xəritələrinin Ermənistan tərəfindən Azərbaycana verilməsini alqışlayır.
Manset.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
"İyunun 11-də baş tutan mübadilədən sonra bu mübadilə gərginliyi azaltmaq və tərəflər arasında etimadı bərpa etməyə kömək etmək üçün yeni bir jestdir. Fransa, tərəflərin 10 noyabr 2020-ci il tarixində qəbul etdikləri öhdəliklərin icrasına, o cümlədən əhəmiyyətli bir dialoqun bərpasına və hələ də saxlanılan bütün erməni məhbusların sərbəst buraxılmasına çağırır.
Minsk qrupunun həmsədrliyindəki tərəfdaşları ilə Fransa bu müsbət dinamikanın davam etməsinə çağırır və tərəflərlə birlikdə Qafqazda davamlı sülhün bərqərar olmasına sadiqliyini ifadə edir", - diplomatik nümayəndəlikdən bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin