“Sürücülərin üzr videosunu DİN çəkməyib” - RƏSMİ

21:51 - 18 Fevral 2022

“Sürücülərin üzr videosunu DİN çəkməyib” - RƏSMİ

“Sürücülərin üzrxahlıq videosu Daxili işlər Nazirliyi tərəfindən çəkilməyib.

Manşet.az xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Baku TV-yə müsahibəsində jurnalistin “Sürücülərin üzr videosu yayıldı.
Eyni zamanda, müğənni Manaf Ağayev işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər etdi, amma onun üzr videosu yayılmadı. Bu nə dərəcədə ədalətlidir?” sualına cavabında deyib.

“Bütün hallarda bu neqativ hala yol verən şəxslərin hüquqazidd əməlləri ilə bağlı tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”, - DİN rəsmisi qeyd edib.

Xatırladaq ki, sözügedən video telekanallarda əməliyyat çəkilişi kimi yayımlanıb.


Xəbər xətti

2 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin