Bakıda təqaüdçüyə qarşı soyğunçuluq edən şəxs saxlanıldı

17:39 - 6 İyul 2021

Bakıda təqaüdçüyə qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Bakıda təqaüdçüyə qarşı soyğunçuluq əməli törədilib.

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə iyulun 2-də Bakı şəhər sakini S.Yolçuyevanın içərisində 340 manat, 10 avro, 100 ABŞ dolları, sənəd və təqaüd kartı olan pulqabısının soyğunçuluq yolu talanması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin