"Allahdan başqa heç kimə əyilmədim, amma..." - Günel Zeynalova

20:16 - 18 Fevral 2022

Türkiyədə fəaliyyət göstərən müğənni Günel Zeynalova İbrahim Tatlısəsin aparıcılığını etdiyi “İbo Show”da qonaq olub.

Manşet.az xəbər verir ki, sənətçi sosial şəbəkədə Tatlısesin əlini öpdüyü fotonu paylaşaraq bunları yazıb: 

“Daha bir İbrahim Tatlısəs gəlməz, qiymətlisən, dəyərli atam. Deyirdin ki, haqlısansa və sənətinə inanırsansa, heç kimə başını əymə, uğur da səni ərköyünləşdirməsin. Ağac yüksəldikcə, başımı aşağı əyər. Mən də Allahdan başqa heç kimə əyilmədim, çox şükür! Amma sənin kimi dəyərli ustanın əli öpülər. Allah uzun ömür versin”.

Qeyd edək ki, Günelin qonaq olduğu bölüm bazar günü yayımlanacaq.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin