Bakıda mərkəzi yollardan biri BAĞLANDI
2 Noyabr 2024
18:38 - 18 Fevral 2022
Ötən il Ali Məhkəmədə baxılan işlərin sayı açıqlanıb.
Manşet.az xəbər verir ki, bu barədə fevralın 18-də Ramiz Rzayevin sədrliyi ilə keçirilən Ali Məhkəməsinin Plenumunda məlumat verilib.
Bildirilib ki, ötən il Ali Məhkəmənin icraatında 2021-ci ildə 14,256 iş olub, bu isə 2020-ci illə müqayisədə 1,859 iş (15% artım) daha çoxdur.
Mülki Kollegiyada da 2021-ci ildə 6,113 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 894 iş (17,1 % artım) daha çoxdur. Kommersiya Kollegiyasında 2021-ci ildə 494 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 231 iş (87,8 % artım) daha çoxdur. Cinayət Kollegiyasında 2021-ci ildə 2,161 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 956 iş (79,3 % artım) daha çoxdur. İnzibati Kollegiyada isə əksinə 2021-ci ildə 2,150 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 80 iş (3,6 % azalma) daha azdır.
Ümumiyyətlə, Ali Məhkəməyə 2021-ci ildə 11,314 iş daxil olub, bu isə 2020-ci illə müqayisədə 1,326 iş (13,3 % artım) daha çoxdur.
Vurğulanıb ki, 2021-ci ildə Ali Məhkəmənin Plunumunda da baxılan işlərdə artma müşahidə olunub. Belə ki, 2020-ci ildə Plenumda 16 işə baxıldığı halda, 2021-ci ildə 30 işə baxılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin