SON DƏQİQƏ: Ölkədə məktəblər bağlanır? - Nazirdən açıqlama
27 Noyabr 2024
17:14 - 18 Fevral 2022
İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir. "Qafqazinfo" xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha bir təmsilçisi tatamiyə çıxıb. 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov mübarizəyə 1/8 final mərhələsindən qoşulub.
Manset.az xəbər verir ki, 24 yaşlı Avropa çempionu startda Oron Giner (İsrail) ilə qarşılaşıb. Rəqibini ippon fəndi ilə məğlub edən cüdoçumuz növbəti mərhələyə yüksəlib. O, ikinci duelində almaniyalı İqor Vandtke ilə üz-üzə gəlib. Bu dəfə də təmiz qələbə qazanan Heydərov yarımfinala adlayıb.
Qeyd edək ki, Azərbaycan yığmasının hesabında hazırda bir medal var. İlk gündə mübarizəyə qoşulan təmsilçilərimizdən Yaşar Nəcəfov (66 kq) yalnız finalda məğlub olaraq gümüş mükafata sahib çıxıb.
Sabah - yarışın son günündə millimizin üzvlərindən Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin