SON DƏQİQƏ: Ölkədə məktəblər bağlanır? Nazirdən açıqlama
27 Noyabr 2024
21:42 - 17 Fevral 2022
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində gümüş medala sahib olub.
Manşet.az xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk görüşdə ukraynalı Yevhen Honçarko, sonrakı qarşılaşmalarda İsrail cüdoçusu Eylon Barşeşet, ispaniyalı Alberto Martınə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Monqolustan təmsilçisi Xerlen Qanboldu məğlub edən idmançımız adını finala yazdırıb. Yaşar Nəcəfovun monqolustanlı rəqibinə tətbiq etdiyi fənd Beynəlxalq Cüdo Federasiyasının şərhçiləri tərəfindən xüsusi maraqla qarşılanıb.
Həlledici mərhələdə cüdoçumuz israilli Barux Şmailova uduzaraq ikinci yerlə kifayətlənməli olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin