Şəhərin mərkəzinə getmək istəyənlər bu yollarla daxil ola bilər
2 Noyabr 2024
21:17 - 17 Fevral 2022
Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "Vaz 21099” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona "saxla” işarəsi verilib.
Manşet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, R.İsazadənin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən R.İsazadənin narkotik vasitədən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin