Bu məktublara aldanmayın - Əhaliyə xəbərdarlıq

19:30 - 17 Fevral 2022

Bu məktublara aldanmayın - Əhaliyə xəbərdarlıq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşları “Azərpoçt” MMC adından göndərilən saxta məktublar barədə xəbərdar edir.

Manşet.az xəbər verir ki, bu barədə Xidmətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, kiberdələduzların göndərdiyi saxta məktubların məzmununda vətəndaşlara bağlamalarının çatdırılması üçün 10,2 manat gömrük rüsumu ödənilmədiyi bildirilir və onlardan ödənişin icrası üçün saxta keçidə daxil olmaları tələb edilir.

Daha sonra vətəndaş “Azərpoçt”un adına açılan saxta sayta yönləndirilir və ondan kart hesabının məlumatları istənilir. Kart məlumatları təqdim edildikdə isə hesabda olan vəsait kiberdələduzların göndərdiyi saxta məktubların məzmununda vətəndaşlara bağlamalarının çatdırılması üçün 10,2 manat gömrük rüsumu ödənilmədiyi bildirilir və onlardan ödənişin icrası üçün saxta keçidə daxil olmaları tələb edilir.

Daha sonra vətəndaş “Azərpoçt”un adına açılan saxta sayta yönləndirilir və ondan kart hesabının məlumatları istənilir. Kart məlumatları təqdim edildikdə isə hesabda olan vəsait kiberdələduzların əlinə keçir.

ETX bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara maksimum dərəcədə diqqətli olmağı, tanımadığı şəxslərdən gələn məktublarda göstərilən keçidlərə daxil olmamağı, fərdi məlumatlarını təqdim etməməyi, sorğunun doğruluğunu alternativ əlaqə vasitələrindən istifadə edərək yoxlamağı tövsiyə edir.

Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və yaxud [email protected] elektron poçt ünvanı vasitəsilə ETX-yə məlumat vermələri xahiş olunur.


Xəbər xətti

3 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin