Sürücülərin yolu bağlaması faktı ilə bağlı cinayət işi Açıldı

19:16 - 17 Fevral 2022

Sürücülərin yolu bağlaması faktı ilə bağlı cinayət işi Açıldı

Bu gün səhər saatlarında yük avtomobillləri sürücüləri tərəfindən etiraz məqsədilə Heydər Əliyev Prospektinin bağlanması faktı ilə bağlı cinayət işi açılıb.

Manşet.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Qurum rəsmisi bildirib ki, faktla bağlı Nərimanov Rayon İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə ) maddəsi ilə cinayət işi başlanılıb:

"Hazırda istintaq tərəfindən məsələdə əli olanların dairəsinin müəyyənləşdirilir"- deyə A.Əsgərli qeyd edib.


Xəbər xətti

3 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin