Bu əməliyyat da icbari tibbi sığorta ilə mümkündür
5 Noyabr 2024
09:50 - 17 Fevral 2022
Avtomobil almaq istəyən şəxsləri ən çox düşündürən suallardan biri də həmin nəqliyyat vasitəsinin qəzaya düşüb-düşməməsidir. Bəzi hallarda bunu öyrənmək üçün vətəndaşlar kifayət qədər vaxt itkisi ilə üzləşirlər. Amma bunun daha asan yolu var. Nəqliyyat vasitələrinin qəza tarixçəsi haqqında məlumatları icbari sığorta bürosunun elektron sistemindən əldə etmək olar. Proses necə həyata keçirilir. Bunun üçün şərtlər nələrdir?
Alqı-satqı zamanı hansısa avtomobilin qəzaya düşüb-düşmədiyini ilk baxışdan müəyyən etmək mümkün deyil. Çünki qəza nəticəsində əzilmiş, deformasiyaya uğramış avtomobili təmir etməklə onun görünüşünü qüsursuz etmək olar. Satıcılar əksər hallarda nəqliyyat vasitəsinin vurulduğunu gizlətməyə çalışırlar. Çünki maşının vurulduğunu bilən şəxs onu almaq fikrindən daşına bilər.
Amma nəqliyyat vasitəsinin qəzaya uğradığını öyrənmək olar. Bu, İcbari Sığorta Bürosunun informasiya sistemindən istifadə etməklə mümkündür. Büronun icraçı direktoru Rəşad Əhmədov bildirib ki, qəza keçirən nəqliyyat vasitəsi ilə bağlı məlumatlar sığorta şirkətləri tərəfindən sistemə daxil edilir.
Hazırda istənilən icbari sığortalı şəxs qurumun internet səhifəsinə daxil olaraq öz sığorta tarıxçəsinə və hazırda qüvvədə olan müqavilələrinə baxa bilər. Yəni avtomobili almaq istəyən şəxs özü birbaşa bu məlumatı görə bilmir. O, yalnız alıcı ilə birlikdə sistemə daxil olaraq avtomobilin qəza tarixçəsi ilə tanış ola bilər. Sadəcə maşını satan şəxsdən bunu tələb etmək lazımdır.
Qeyd edək ki, sistemdə yalnız avtomobilin satan şəxsə məxsus olduğu müddətdə baş verən hadisələri görmək mümkündür.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin