Nazir rəis müavinini işdən çıxardı

22:11 - 16 Fevral 2022

Nazir rəis müavinini işdən çıxardı

Samux Rayon Polis şöbəsinin rəis müavini Fikrət Musayev vəzifəsindən azad edilib.

Manşet.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, F.Musayev sərəncama götürülüb. Onun yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, ötən gün nazirin əmri ilə polis polkovnik-leytenantı Ramil Səfərəliyev Samux Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Qafqazinfo


Xəbər xətti

5 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin