Azərbaycanda qeyri-neft sektorunun inkişаfı sürətlənib - Mikayıl Cabbarov

23:36 - 15 Fevral 2022

Azərbaycanda qeyri-neft sektorunun inkişаfı sürətlənib - Mikayıl Cabbarov

“Azərbaycanda qeyri-neft sektoruna aid sаhələrin inkişаfı sürətlənib və ötən il bu sahədə əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksəlib”.

Manşet.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında yazıb.

Nazir qeyd edib ki, artım turizm və iaşə obyektlərində 34,2 faiz, qeyri-neft sənayesində 17,8 faiz, nəqliyyat və anbar təsərrüfatında 16 faiz, informasiya və rabitədə 6,1 faiz, ticarət və nəqliyyat vasitələrinin təmirində 5,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda isə 3,3 faiz təşkil edib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin