Bu məktəbdə 70 min manat mənimsənilib- RƏSMİ

18:55 - 11 İyun 2021

Bu məktəbdə 70 min manat mənimsənilib- RƏSMİ

Ağdaş Peşə Məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş kollektiv müraciət əsasında Ağdaş rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Manşet.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib. Məlumata görə, aparılmış araşdırma ilə müəyyən edilib ki, Ağdaş Peşə Məktəbində müxtəlif cinayətkar üsullardan istifadə edilməklə faktiki olaraq təhsil almayan tələbələrə təqaüdün, mövcud olmayan təlim ustalarına əmək haqqının verilməsinin, eləcə də tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi yolu ilə və digər qanunsuz vasitələrlə dövlət büdcəsindən ayrılmış ümumilikdə 70 min manat məbləğində pul vəsaiti mənimsənilib.

Qeyd edilən fakta görə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui‐istifadə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi və cinayətin təfərrüatlarının araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin