Prezident Azərbaycanın məşhur Xalq artistini işdən çıxardı - SƏRƏNCAM
27 Noyabr 2024
23:25 - 12 Fevral 2022
İngiltərənin "Çelsi" klubu futbol üzrə klublararası dünya çempionatının qalibi olub.
Manset.az-ın məlumatına görə, "zadəganlar" Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Məhəmməd bin Zayed" stadionunda təşkil olunmuş final oyununda Braziliya "Palmeyras"ını məğlubiyyətə uğradıb - 2:1.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 55-ci dəqiqədə "Çelsi"nin hücumçusu Romelu Lukaku vurub. 64-cü dəqiqədə Rafael Veyqa penalti ilə bərabərliyi təmin edib. 117-ci dəqiqədə isə Kay Haverts penaltini dəqiq yerinə yetirib və Çempionlar Liqasının finalında olduğu kimi yenə qələbə topunun müəllifi olub. 120+6-cı dəqiqədə Luan qırmızı vərəqə alaraq, "Palmeyras"ı azlıqda qoyub.
Beləliklə, "Çelsi" tarixində ilk dəfə klublar arasında dünya çempionluğu əldə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin