Mahir Emrelidən peşəkar assist - VİDEO
22 Noyabr 2024
18:42 - 5 İyul 2021
Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk dəfə hər ölkənin iki bayraqdarı olacaq.
Manset.az-ın məlumatına görə, bu barədə Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov yerli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, iyulun 23-də keçiriləcək açılış mərasimində bu funksiyanı həm kişi, həm də qadın idmançılar yerinə yetirəcək.
Bu, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) gender bərabərliyinin təmin olunması məqsədilə "Tokio-2020"də tətbiq edəcəyi yeniliklərdən biridir.
Qeyd edək ki, Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarındakı bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq. Hələlik qadın bayraqdarın adı açıqlanmayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin