İşdən çıxarılan həkim məhkəmədə TƏBİB-ə qalib gəldi

17:22 - 11 İyun 2021

İşdən çıxarılan həkim məhkəmədə TƏBİB-ə qalib gəldi

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin bölmə rəhbəri vəzifəsindən azad edilən Aysel Erdoğanın TƏBİB-ə qarşı məhkəmə iddiası təmin edilib.

Manşet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aprelin 14-də Mərkəzin əmri ilə Erdoğan Aysel Rami qızı ilə bağlanan müqaviləyə xitam verilib və o, Talassemiyanın profilaktikası bölmə rəhbəri vəzifəsindən azad olunub.

A.Erdoğan bununla bağlı Nəsimi rayon məhkəməsinə müraciət edərək əmrin ləğv edilməsini və işə bərpa olunmasını tələb edib.

Hakim Rəşid Səmədovun çıxardığı qətnamə ilə şöbə rəisinin iddiası təmin edilib. Qərara görə, A.Erdoğan köhnə vəzifəsinə bərabər tutulan Talassemiyanın profilaktikası bölməsinin rəhbəri vəzifəsinə bərpa edilib.

Ona aprelin 14-dən bəri məcburi işburaxma müddəti üçün də TƏBİB tərəfindən əmək haqqı ödəniləcək.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin