Elşad Xose efirə çıxmaq üçün pul istəyir

19:53 - 8 Fevral 2022

Elşad Xose efirə çıxmaq üçün pul istəyir

Reper Elşad Xose aparıcı Kazım Sübhanın onun barəsində söylədiyi “Efirlərə çıxmaq üçün pul istəyir” fikirlərinə münasibət bildirib.

 Reper deyib: “Sən işlədiyin kanalın illik gəlirini yaza bilərsən? Zəhmət olmasa, heç olmasa təxmini...”

Manşet.az xəbər verir ki, Kazım reperə “Aparıcıyam və ancaq çalışdığım şirkətdə yaradıcı işlərə müdaxilə edə bilərəm. Elşad, sən, Xatirə İslam və Natavan Həbibi - öz janrınızda Azərbaycan musiqisində yaxşı işlər görənlərdənsiniz. Albomların, konsertlərin, duetlərin danılmazdır. Amma sən dediyin belə olmur, mənim fikirlərimin sizin sənətinizə, peşəkarlığınıza heç bir aidiyyəti də yoxdur, bunu unutmayın”.

Elşad isə bildirib ki, özü də veriliş aparacaq və gələn qonaqlara qonorar verəcək:

“Başa düşürəm, sadəcə mən demək olar ki, heç bir verilişdə oxumuram. Mənə danışmaq daha vacibdir. Mənim danışdığım kimə doğurdan da maraqlı gəlirsə, o da pul verməyə hazır olacaq. Mən öz verilişimi aparanda çağırdığım adamlara pul verəcəyəm”.

Qeyd edək ki, bundan əvvəl müğənni Xatirə İslam və Natavan Həbibi kanal rəhbərlərindən qatılacaqları proqram üçün qonorar istəmişdi.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin