Zeynəb Xanlarovadan "Səni axtarıram"-da qaynanasını öldürdüyünü etiraf edən Əfsanə ilə bağlı AÇIQLAMA

12:51 - 3 Fevral 2022

Zeynəb Xanlarovadan

Xalq artisti Zeynəb Xanlarova ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramında canlı yayımda qaynanasını öldürdüyünü etiraf edən Əfsanə Məmmədova olayına münasibət bildirib.

 

O açıqlamasında əməkdar jurnalist Xoşqədəm Hidayətqızına dəstək olaraq qızlarını uşaq yaşında ailə qurmağa məcbur edən, təhsildən yayındıran valideyinlərə səslənib. Onları övladlarına ilk növbədə təhsil verməyə çağırıb.

Manset.az-ın məlumatına görə, Zeynəb Xanlarova açıqlamasında bunları bildirib.

“Mən əziz xalqıma səslənirəm, uşaqlarınızı təhsilə yönəldin, onların öz ayaqları üzərində durmasına dəstək olun, qayğı göstərin. Qız uşaqlarının təhsil alması daha önəmlidir. Bir qadının təhsilli olması bir ailənin təhsilli olması deməkdir ki, cəmiyyət də ailələr üzərində qurulur.”

Xalq artisti daha sonra açıqlamasında qeyd edib.

“Bir neçə gün qabaq Xoşqədəm xanımın verilişində olan hadisə, Əfsanənin başına gələnlər və törətdiyi faciələr. Bu məni çox sarsıtdı  Bunun əsas səbəbkarı valideyinlərdir. Qız uşaqlarını körpə yaşında evliliyə zorlamaq olmaz. Erkən yaşında evlilikdənsə, qızlarımızı oxumağa yönəltməliyik.”

 

 

Manşet.az
 


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin