Rusiya ordusu bu ərazidən geri çəkildi - SƏBƏB?
27 Noyabr 2024
11:29 - 3 Fevral 2022
Türkiyənin "Başakşehir" klubunun baş məşqçisi Emre Belözoğlu Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin baş tutmayan transferindən danışıb.
Manset.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis Emrelinin Polşa "Legiya"sı ilə problemlərinin olması səbəbindən bu keçidin alınmadığını bildirib.
O, 25 yaşlı hücumçunun Varşava təmsilçisi ilə müqaviləni pozma prosesinin uzun çəkdiyini söyləyib: "Əslındə oyunçu ilə maraqlanmışıq və danışıqlarımız da olub. Lakin onunla bağlı problemlər var idi. Emreli "Legiya"da arzulamadığı olay yaşayıb və komandadan ayrılmaq istədiyini bildirib. Lakin yolların ayrılma prosesi uzun çəkdi. Biz isə tezliklə qərar qəbul etməli idik. Yanvar qış transferi üçün asan ay deyil. etmək asan deyil. Bizə kömək edəcəyinə inandığımız oyunçu idi. Lakin hazırkı məqam üçün bu transfer baş tutmadı".
Qeyd edək ki, Mahir Emreli fevralın 2-də Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə 4,5 illik müqavilə bağlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin