Afrika Millətlər Kubokunda ilk finalçı məlum oldu

08:28 - 3 Fevral 2022

Afrika Millətlər Kubokunda ilk finalçı məlum oldu

Afrika Millətlər Kubokunun yarımfinalında Seneqal millisi Burkina-Fasonu 3:1 hesabı ilə məğlub edib.

Manset.az xəbər verir ki, turnir Kamerunda keçirilir.

Qalib komandanın heyətində Abdu Diallo (70-ci dəqiqə), İdrissa Geye (76), Sadio Mane (87) fərqlənib. Burkina-Fasonun qolunu İbrahim Blati Ture vurub (82). Burkina-Faso millisinin qapıçısı Fərid Uedraoqo matçın 36-cı dəqiqəsində zədələnib və onu Erve Koffi əvəzləyib.

Xatırladaq ki, Seneqal millisinin Afrika Millətlər Kubokunda ən yaxşı nəticəsi iki dəfə finalda iştirak etməsidir (2002, 2019). Komandanın finaldakı rəqibi cümə axşamı Kamerun və Misir milliləri arasında keçiriləcək görüşün qalibi olacaq.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin