Natavan Həbibi Dado ilə barışdı

23:08 - 2 Fevral 2022

Natavan Həbibi Dado ilə barışdı

Müğənni Natavan Həbibi bir müddət öncə ayrıldığı həyat yoldaşı reper Dado (Səid Əliyev) ilə barışıb.

Manşet.az-ın məlumatına görə, ifaçı həyat yoldaşı və oğlu ilə birgə çəkilmiş videosunu sosial şəbəkədəki səhifəsinə yükləyib. 

Xatırladaq ki, Dado bir müddət açıqlamasında bu sözləri demişdi: "İstəməzdim bu məsələ çox şişirdilsin. Bizim evliliyimiz, münasibət bitdi. Amma uşağı tez-tez gedib görürəm, onlar bizə gəlir. Gediş-gəliş var, yalnız uşağa görə. Alınmadı..."

Qeyd edək ki, Dado və Natavan 2017-ci ildə ailə qurub. Toylarından bir neçə ay sonra cütlük ayrıldığını açıqlayıb. Bir müddət sonra yenidən barışan sənətçilər 4 il ərzində dəfələrlə ayrılıb, bir araya gəliblər. Onların bu nikahdan 1 oğlu var.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin