Pirallahıda maşın aşdı - DYP əməkdaşları sürücünü yanan maşından çıxartdı (VİDEO)

15:06 - 4 İyul 2021

Pirallahıda maşın aşdı - DYP əməkdaşları sürücünü yanan maşından çıxartdı (VİDEO)

Ötən gün Pirallahı yolunda avtomobil aşıb.

Manset.az  xəbər verir ki, mercedes markalı 90xu979 dövlət nömrə nişanlı avtomobil qəzaya uğrayaraq aşıb.

Aşan maşın qısa zamanda alışmağa başlayıb və sürücü içərisində qalıb. Ərazidə xidmət aparan Dövlət Yol Polisi əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıb.Mövcud vəziyyətdə zaman itirmədən həyatlarını təhlükəyə atan DYP əməkdaşları sürücünü yanan maşından xilas ediblər. Zəruri təhlükəsizlik tədbirləri görülməklə yanan avtomobil söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin