“Arzulu firması” 20 min cərimələndi

16:02 - 11 İyun 2021

“Arzulu firması” 20 min cərimələndi

“Arzulu firması” ASC tərəfindən Azərbaycanın əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Qazax rayon prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb. 

Qazax rayon prokurorluğundan Manşet.az-a verilən məlumata görə, toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin 2021-ci il 10 iyun tarixli qərarı ilə “Arzulu firması” ASC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin