"Bazel" "Qarabağ"la oyundakı hadisələrə görə cəzalandırıldı

14:20 - 29 Yanvar 2022

UEFA İsveçrənin "Bazel" klubunu cəzalandırıb.

Manset.az-ın məlumatına görə, buna Bazel şəhərinin eyniadlı təmsilçisinin evdə "Qarabağ"a qarşı keçirdiyi Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda yerli azarkeşlərin davranışı səbəb olub.

Klub fanatların ümumi istifadə üçün nəzərdə tutulmuş keçidləri bağlaması üzündən 6 000 avro, priotexniki vasitələrdən yararlanmalarına görə isə 13 750 avro cərimələnib.

Qeyd edək ki, "Bazel" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin