Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
23:06 - 27 Yanvar 2022
"Qarabağ"ın Fransada "Marsel"ə qarşı keçirlməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşması neytral ölkədə oynanıla bilər.
Manşet.az "Report"a istinadən xəbər verir ki, buna səbəb Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır.
İddiaya görə, Avropa futbol qurumu məsələ ilə bağlı yerli hakimiyyətlə danışıqlar aparır və oyunçular üçün istisna tətbiq edilməsinə çalışır. Tərəflər ortaq məxrəcə gələ bilməsələr, UEFA-nın qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə baş tuta bilər.
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin