Bakıda hündürmərtəbəli binada güclü yanğın başladı - İnsanlar təxliyyə edilir(FOTO+VİDEO)

14:50 - 26 Yanvar 2022

Bakıda hündürmərtəbəli binada güclü yanğın başladı - İnsanlar təxliyyə edilir(FOTO+VİDEO)

Bakının Nərimanov Rayonunda hündürmərtəbəli binasında yanğın başlayıb.

 

Manset.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə,  hadisə yerinə FHN-nin çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb olunub. Binada olan insanlar təxliyyə edilib.

Əlavə məlumat veriləcək.

 

Fövqəladə Hallar Nazirliyi Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb. 

Nazirlikdən Manset.az-a bildirilib ki, hadisə Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında baş verib.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.



Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin