Siyəzəndə baş verən yol qəzasında gənc oğlanın boynu sındı

21:57 - 3 İyul 2021

Siyəzəndə baş verən yol qəzasında gənc oğlanın boynu sındı

Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az-ın məlumatına görə, hadisə Siyəzən rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Fəridli Pərviz Fərid oğlu ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin