COP29 zolaqları ləğv edilir - RƏSMİ
23 Noyabr 2024
15:40 - 11 İyun 2021
"Ən azı 2016-cı ildəki uğuru təkrarlamaq, yarımfinala yüksəldiyimiz həmin turnirdəki kimi çıxış etmək istəyirik. Mürəkkəb qrupda mübarizə aparacağıq".
Manşet.az xəbər verir ki, bu fikirləri Uesl millisinin kapitanı Qaret Beyl İsveçrə yığması ilə AVRO-2020-nin ilk turunun oyunundan öncə mətbuat konfransında deyib.
İspaniyanın "Real Madrid" klubuna məxsus 32 yaşlı hücumçu A qrupundakı bütün komandaların güclü olduğunu bildirib: "Finala çıxmaq elə də asan olmayacaq. Daha yaxşı oynamalıyıq. İtaliyanın hər zaman gözəl futbol ənənələri olub. İsveçrə FIFA reytinqinin ilk "10-luğ"undadır. Türkiyə millisi keyfiyyətli komanda olduğunu göstərdi. Amma biz də zəif deyilik. Öz gücümüzə güvənirik. Bu gün açılış matçını izləyib, rəqiblərimizi analiz edəcəyik".
Bakıdakı vəziyyətdən də danışan təcrübəli oyunçu pandemiya ilə bağlı durumun optimal olmadığını söyləyib: "Oteli tərk edə bilmiirk. Amma kart və stolüstü tennis oynayırıq. Vaxt öldürmək və əhvalımızı yüksək saxlamaq üçün hər şeyi edirik".
Azərbaycan paytaxtında az sayda Uels azarkeşinin yığmaya dəstək olacağını deyən Beyl təəssüfünü gizlətməyib: "Onlar üçün darıxacağıq. Fantastik stadionda oynayacağıq. Təəssüf ki, bu cür arenada dəstək az olacaq. Fanatlarımız bizi buraya alqışlarla yola saldı. Burada, Romada onlar üçün mübarizə aparacağıq. Türkiyə ilə sanki səfərdə oynayacağıq. Amma bu amil bizi narahat etmir".
Qeyd edək ki, Uels millisi Avropa çempionatında ilk oyununu sabah Bakı Olimpiya Stadionunda (BOS) İsveçrə yığmasına qarşı keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
BOS həmçinin A qrupunun Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin