Şəhriyar Məmmədyarov uduzdu

20:43 - 25 Yanvar 2022

Şəhriyar Məmmədyarov uduzdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.

Manşet.az xəbər verir ki, 37 yaşlı qrossmeyster XIX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

Qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov 26-cı gedişdə rəqibinə uduzub.

Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Karlsen vahid lider olub. 5,5 xalı olan Məmmədyarov isə 3-cü pillədə qərarlaşıb.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin