"Qarabağ"ın sabiq futbolçusu "Fənərbağça"ya inanılmaz qol vurdu - VİDEO

09:53 - 23 Yanvar 2022

"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Türkiyə Super Liqasının tarixinə düşüb.

Manset.az "Opta"ya istinadən xəbər verir ki, hazırda "Sivasspor"da çıxış edən braziliyalı yarımmüdafiəçi buna "Fənərbağça" ilə 1:1 hesablı heç-heçə etdikləri XXIII tur oyununda fərqlənməklə nail olub.

74-cü dəqiqədə cərimə zərbəsindən baxımlı qola imza atan 32 yaşlı oyunçu İstanbul təmsilçisinə qarşı oynadığı son 3 matçın hamısında rəqibi məyus edib. O, bu qollardan birini "Kayserispor"un, ikisini isə "Sivasspor"un heyətində vurub.

Henrike həmçinin Superliqada ilk dəfə cərimə zərbəsindən fərqlənib.

Qeyd edək ki, Pedro Enrike "Qarabağ"da 2017/2018 mövsümündə icarə əsasında çıxış edib.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin