Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
12:59 - 20 Yanvar 2022
Əməkdar artist Əkbər Əlizadə 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.
Manset.az xəbər verir ki, aktyor həmin günü belə xatırlayıb:
"1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə. İndiyə kimi yadımdadır: 13 yaşım var idi. Şəhərin küçələrində insanlar yaşanacaq faciəni sanki bəri başdan hiss edib, narahatlıq yaşayırdılar. Atam o insanların arasında olduğundan evdə yox idi. Gözümüzə yuxu getmirdi. Şəhərə daxil olan tankların uğultusunu eşidəndə, dünyamız alt-üst oldu. O gecə şəhidlərimiz öz qanları ilə bizi azadlığa qovuşdurdular. Biz isə sağ ikən mənən ölüb, dirildik! O gün hər birimizin qan yaddaşına yazıldı".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin