Bakıda "BMW" "Range Rover"ə çırpıldı - DAVA DÜŞDÜ (VİDEO)

09:48 - 3 İyul 2021

Bakıda

Bakının Nərimanov rayonunda yol nəqliyyat-hadisəsi baş verib.

Manset.az  xəbər verir ki, Heydər Əliyev prospektində  99-SD-698 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib və nəqliyyat vasitəsi qarşıda hərəkət edən 10-CF-005 dövlət qeydiyyat nişanlı  "Range Rover" markalı avtomobilə çırpılıb.  Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Şahidlərin verdiyi məlumata görə, sonra tərəflər arasında dava düşüb.

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Əraziyə gələn yol patrul xidmətinin əməkdaşları yaranmış tıxacı aradan qaldırıblar.  Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin