COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
00:15 - 3 İyul 2021
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada tank tırtılları istehsal edən zavodun işçiləri qarşısında çıxışı zamanı ölkəsinin regionda rolunun və nüfuzunun artması haqda danışıb.
Manset.az xəbər verir ki, “Biz Liviyada da varıq, Azərbaycanda da varıq, Suriyada da varıq, Şərqi Ağdənizdə də varıq, olmağa da davam edəcəyik”,-o bildirib.Sakarya tank tırtılları zavodunun qərətli investorların idarəetməsinə verilməsi neçə vaxtdır Türkiyədə müxalifətlə hakimiyyət arasında polemika mövzusudur. Müxalifət hakimiyyəti strateji əhəmiyyətli müdafiə sənayesi zavodunu xaricililərə dəyərindən qat-qat ucuz satmaqda ittiham edir. Ərdoğan isə zavodun işçiləri qarşısında bəyan edib ki, zavodun mülkiyyəti Milli Müdafiə Nazirliyinə məxsusdur. “Bura dövlətin malıdır və elə də qalacaq”,-prezident deyib.
“Biz haqqımız nəysə bu haqqımızı sökə sökə alırıq və alacağıq. Şərqi Ağdənizdə (Aralıq dənizi) və Kipr sahillərində karbohidrogen axtarma işlərini də davam etdirəcəyik”, -Türkiyə prezidenti regionda ölkəsinin maraqlarını güzəştə getməyəcəyini vurğulayaraq bildirib.(virtualaz.org)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin