Levandovski ilin ən yaxşı futbolçusu OLDU

23:34 - 17 Yanvar 2022

Levandovski ilin ən yaxşı futbolçusu OLDU

FİFA-nın 2021-ci ilin ən yaxşı futbolçusuna verdiyi "The Best" mükafatının sahibi müəyyənləşib.

Manşet.az xəbər verir ki, Polşa millisinin və "Bavariya"nın hücumçusu Robert Levandovski ötən ilin ən yaxşı oyunçusu seçilib.

O, səsvermədə Lionel Messi (PSJ) və Məhəmməd Salahı ("Liverpul") qabaqlayıb.

Qeyd edək ki, "Barselona"nın futbolçusu Aleksiya Putelyas ilə ilin ən yaxşı qadın futbolçusu seçilib.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin