"Çelsi" onu satdı

08:15 - 17 Yanvar 2022

“Çelsi” futbolçusu Lyuis Beykeri satıb.

 

Manset.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Stok Siti” klubuna keçib.  Bu barədə “Çelsi”nin mətbuat xidməti məlumat yayıb. Beykerlə 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Beyker İngiltərədə “MK Dons”, “Şeffild Uenzdey”, “Ridinq”, “Lids”, Almaniyada “Fortuna”, Türkiyədə “Trabzonspor”, Niderlandda “Vitess” kimi klublarda icarədə olub.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin