Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
18:35 - 2 İyul 2021
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi səfir Kestutis Yankauskas tərəflər arasında perspektivli əməkdaşlıq istiqamətlərindən danışıb.
Manset.az xəbər verir ki, diplomatın dediyinə görə, Brüssel Azərbaycanla əməkdaşlıqda “yaşıl iqtisadiyyat”, kiçik sahibkarlıq, regionların inkişafı, təhsilin və səhiyyənin dəstəklənməsi kimi sahələri əsas götürür.
“Azərbaycanı öz tərəfdaşımız görürük və gələcəkdə də bu cür proqramlar üzərində çalışacağıq” – deyən səfir Azərbaycandakı səlahiyyət müddətinin başa çatdığını, ölkə ilə Aİ arasında əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əmin olduğunu bildirib.
“2017-ci ilin sentyabr ayında, Azərbaycana gələndən iki həftə sonra Şəkiyə səfər etmişdim. Həmin vaxt gözəl təəssüratlarım oldu, buraya çox gəlib-getdik. Təəssüf ki, pandemiya səbəbindən ilyarım vaxt itirdik, Şəkiyə daha səfər təşkil etmək olmadı. İndi isə nəinki Şəkidə, Zaqatalada, Balakəndə, başqa şəhərlərdə də bir çox sadə azərbaycanlının kiçik sahibkarlıqla məşğul olaraq bu gözəl məmulatları turistlərə təqdim etdiklərini görməyimə çox şadam. Aİ-nin təklif etdiyi proqramlar hər hansı məhdudiyyətsiz və istisnasız olmaqla bütün insanlar, bütün bölgələr üçündür. Bunlar Azərbaycanda dayanıqlı inkişafa nail olmaq üçün həyata keçirilir” – deyə diplomat qeyd edib.
Azərbaycanın azad edilmiş ərazilərində hər hansı layihə həyata keçirmək niyyətində olub-olmadıqları barədə suala cavab verən Aİ rəsmisi deyib: “Azad edilmiş ərazilərə hələlik gediş-gəliş yoxdur, amma bizim layihələr bütün ölkə üçündür... Ən qabaqcıl texnologiyalar təqdim olunur. O yerlərə yollar açılandan sonra isə - niyə də yox?! Biz hazırıq”.ı
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin